9.1 C
Baku
Wednesday, November 6, 2024

“Johnson & Johnson” peyvənd sınaqlarının üçüncü mərhələsinə başlayır

“Johnson & Johnson” şirkəti peyvənd sınaqlarının üçüncü mərhələsinə başlayır.

Banker.az “TASS”a istinadən xəbər verir ki, bu barədə cümə günü şirkətin mətbuat xidməti məlumat verib.

“Covid-19 əleyhinə peyvənd sınaqlarının üçüncü mərhələsinə artıq başlanılıb. Ümumilikdə sınaqda 45 min nəfərin iştirak etməsi planlaşdırılır”, – deyə mesajda deyilir. Bildirilir ki, ara nəticələr 21 yanvar tarixində bəlli olacaq.

Qeyd edək ki, amerikanın “Moderna”, “Pfizer” və “BioNTech” şirkətləri peyvənd sınaqlarının üçüncü mərhələsini artıq başa çatdırıblar. Hal-hazırda Böyük Britaniya və ABŞ-da bu preparatlarla vaksinasiyaya başlanılıb.

Son xəbərlər
Digər xəbərlər