Auris, ağciyər xərçənginə qarşı mübarizə üçün Monarch texnologiya platformasını inkişaf etdirib. Bu barədə Banker.az MSNBC-yə istinad edir.
Holdinq Johnson & Johnson, Auris şirkətini 3,4 milyard dollara aldığını elan edib.
Satınalma müqaviləsi, 2,35 milyard dollar dəyərində əlavə ödənişi nəzərdə tutur. Bu vəsait, şirkətin hələki açıqlamadığı müəyyən göstəricilərə çatdığı halda ödəniləcəkdir.
Auris Health – tibb sahəsində robototexnika ilə məşğul olan Amerika şirkətidir. Tibbi elmlər doktoru olan Frederick Mall, şirkəti 2007-ci ildə təsis edilib, bu müddət ərzində layihə təxminən 730 milyon ABŞ dolları cəlb edib, sonuncu investisiya raundu 2018-ci ilin noyabrında keçirilib.
Şirkətin əsas nailiyyətlərindən biri, Monarch alətlər kompleksinin yaradılması olmuşdur. Bu texnologiya, həkimlərə ağ ciyər xərçəngi xəstəliyi ilə mübarizə aparmağa kömək edəcəkdir.