9 C
Baku
Thursday, December 12, 2024

“Johnson & Johnson” xərçəngə səbəb olan uşaq pudrasına görə $6.5 mlrd. ödəyəcək

Amerikanın “Johnson & Johnson” korporasiyası uşaq pudrasında asbest izləri ilə bağlı uzun müddətdir davam edən qalmaqala görə 6.5 milyard dollar təzminat ödəməyi təklif edib. Şirkət özü məhsulunda kanserogen olduğunu etiraf etməkdən imtina etsə də, 2020-ci ildə çoxsaylı məhkəmə çəkişmələri səbəbindən ABŞ və Kanadada pudranın satışını dayandırıb.

İlin əvvəlində “Johnson & Johnson” 2023-cü ildə ABŞ-ın 42 ştatında qaldırılan iddalara görə cəmi 700 milyon dollar ödəməyə razılaşıb. Sonradan məlum olub ki, şirkət iddiaları həll etmək üçün büdcədən 8.9 milyard dollar ayırıb.

Korporasiya hesab edir ki, təklif olunan 6.5 milyard dollar ABŞ-də şirkətə qarşı qaldırılan iddiaların 99.75%-ni həll edəcək və beləliklə, çoxillik çəkişməyə son qoyulacaq. İndi iddiaçıların və onların nümayəndələrinin şirkətin təklif etdiyi şərtləri və konkret iddialar üzrə ödəniş məbləğlərini nəzərdən keçirmək üçün üç ay vaxtı var. İddiaçıların ən azı 75%-i ona səs verərsə, plan təsdiqlənmiş sayılacaq.

Son xəbərlər
Digər xəbərlər