6 C
Baku
Bazar, Yanvar 16, 2022

“Johnson&Johnson” omikron ştammına qarşı “hərəkətə keçir”

ABŞ-ın “Johnson&Johnson” (J&J) şirkəti koronavirusun “omicron” ştamına qarşı peyvənd hazırlamağa başlayıb.

Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Şirkət yeni yayılan ştama qarşı COVID-19 peyvəndinin effektivliyini qiymətləndirmək üçün Cənubi Afrika və dünya üzrə alimlərlə işləyir.

“Bundan əlavə, şirkət omikrona qarşı xüsusi peyvənd hazırlayır və lazım gəldikdə onu təkmilləşdirəcək”, – “Johnson&Johnson” məlumat yayıb.

Bundan əvvəl “Pfizer” və “Moderna” da koronavirusun “omicron” ştamı ilə mübarizə aparmaq üçün xüsusi peyvənd variantları hazırladıqlarını elan etmişdi.

Son xəbərlər
Oxşar xəbərlər