“Johnson&Johnson” şirkəti koronavirus peyvəndinin istehsalını dayandırıb.
Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Pentaqon: Vaşinqton NATO müttəfiqləri ilə ABŞ qoşunlarının Avropaya köçürülməsini müzakirə edirÜST rəhbəri pandemiyanın bu il başa çata biləcəyini deyib“Apple” şirkəti yeni qurğular təqdim edəcək
Nəşrin məlumatına görə, 2021-ci ilin sonunda şirkət vaksinin istehsal olunduğu Hollandiyanın Leyden şəhərindəki zavodunu bağlayıb.
İstehsalın dayandırılması müvəqqətidir. Yaranan fasilədən sonra zavod işini davam etdirəcək.
İstehsalın dayandırılması səbəbindən vaksinin tədarükü bir neçə milyon doza azaldıla bilər.