37 C
Baku
Tuesday, August 16, 2022

“Joom” Avropada sürətli pulköçürmə xidmətini işə salacaq – JoomPay

“Joom” marketpleysi Avropada sürətli pulköçürmə xidmətini işə salacaq – JoomPay.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bu xidmət pul göndərməyə və almağa imkan verir. Bunun üçün pul göndərdiyiniz və ya alacağınız şəxsin elektron poçt ünvanını və ya telefon nömrəsini bilməyiniz kifayət edir: JoomPay mövcud karta və ya bank hesabına avtomatik olaraq qoşulacaq. Bundan əlavə, xidmət IBAN (beynəlxalq bank hesabı nömrəsi” dəstəkləyir.

JoomPay Avropa İttifaqı daxilində olan hər hansı bir Avropa bankının Mastercard və Visa kartları ilə işləyir. İstifadəçilər pullarını keçid, QR-kod və ya JoomPay-dakı ləqəb vasitəsilə ala bilərlər.

Xatırladaq ki, JoomPay tətbiqi üzərində iş 2019-cu ildə başlayıb, eyni ildə də yaradılıb. Tətbiqin beta versiyasını App Store və Google Play-dan yükləmək mümkündür və hal-hazırda onun 15 mindən çox istifadəçisi var.

“İnsanlar bir-birlərini əvvəlki kimi görə bilməsələr də, yenə pulköçürmə əməliyyatlarına ehtiyac duyurlar. Və biz onlara uyğun alternativ təklif edirik. Bütün dünya İnternetə keçib və biz bunu gələcək inkişaf üçün bir fürsət kimi görürük”, – şirkətdən bildirilib.

Joom xidməti 2016-cı ildə İlya Şirokov, İlya Rubin və Yuri İvanov tərəfindən yaradılıb. İndiyədək bu tətbiq bütün dünya üzrə 300 milyon, Avropa üzrə isə 150 milyondan çox yüklənib.

Son xəbərlər
Oxşar xəbərlər