9 C
Baku
Friday, December 27, 2024

Josep Borrell Kiyevə səfər edib

Avropa diplomatiyasının rəhbəri Josep Borrell Kiyevə gəlib. Bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.

Cənab Borrell sonuncu dəfə 2023-cü ilin oktyabrında Kiyevə səfər edib. Avropa diplomatiyasının rəhbəri daha sonra Ukrayna Prezidenti Vladimir Zelenski, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Rustem Umerovla görüşüb.

Dünən, fevralın 5-də Josep Borrell Varşavada keçirdiyi mətbuat konfransında Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin təfərrüatları barədə danışıb. Onun sözlərinə görə, Moskvaya sanksiyalardan yayınmağa kömək edən şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq olunacaq. O, təsdiqləyib ki, Avropa İttifaqı paketi fevralın 24-nə, Ukraynada hərbi əməliyyatın başlanmasının ikinci ildönümünə qədər təsdiq etmək istəyir.

Son xəbərlər
Digər xəbərlər