Belə bir fikir geniş yayılıb ki, kazinodan pul qazanmaq üçün gərək kazinonun sahibi olasan. Lakin tarix öz ağlı və bacarığı sayəsində kazinodan külli miqdarda pul əldə etməyi bacaran şəxslərə də şahid olub. Kazino ruletində qalib gəlməyi bacaran ilk şəxslərdən biri Joseph Jagger idi.
Məlumdur ki, Joseph Jagger təqribi olaraq 1830-cu ildə dünyaya gəlib və məşhur Rolling Stones rok qrupunun üzvü olan Mik Jaggerin əcdadı olub.
Jagger Yorkşir qraflığında Qalifaksda yerləşən pambıq zavodunda mühəndis-mexanik işləyirdi. Boş vaxtlarında isə kazinoya baş çəkməyi sevərdi. Adəti üzrə rulet oynayarkən iti düşüncəli olan Jagger rəqəmlərin təsadüflüyü haqqında düşünməyə başlayır. Pambıq istehsalında istifadə olunan mexanizmlər haqqında sahib olduğu biliklər sayəsində o təxmin edir ki, rulet oyunu üçün hazırlanan bütün çarxlar bir-birilərindən nisbətən fərqlənirlər. Çarxların konstruksiyalarında nəzərə çox da çarpmayan qüsurlar var idi. Bu ağıllı mühəndisə belə təxmin etməyə imkan verir ki, bəzi ruletlərdə natamam olan mexaniki detallar səbəbindən bir rəqəm digərlərinə nisbətən daha tez-tez düşə bilər.
Jagger 6 nəfər tutur və onları Monte Karloda yerləşən Beaux-Arts kazinosunda rulet oynamağa göndərir. Onların tapşırığı ondan ibarət idi ki, oyunçular kürəciyin düşdüyü bütün rəqəmləri yazmalı idilər. Jagger təhlil üçün kifayət qədər məlumat əldə etdikdən sonra təyin edir ki, 6 çarxdan birində 7, 8, 9, 17, 18, 19, 22, 28 və 29 rəqəmləri çox tez-tez düşürdü. Bütün bu məlumatları əldə edən Jagger kazinoya yollanır və qısa zaman ərzində çox zəngin bir insana çevrilir, adını isə qumar oyunları tarixinə əbədi olaraq həkk edir.
Növbəti günlər ərzində isə o kazinonun kassasından təqribən 300 000 dollar qazanır. Təbii olaraq, digər oyunçular Jaggerin eyni masa arxasında oynadığını və eyni rəqəmə yatırım etdiyinin fərqinə varır və onun etdiyinin eynisini təkrarlamağa başlayırlar.
Kazino rəhbərliyi tez bir zamanda vəziyyətdən xəbərdar olur və cəmi bir neçə gün sonra onlar rulet çarxlarının yerini dəyişir. Bu səbəbdən də, beçinci dəfə kazinoya gələn Jagger daim uduzduğuna heyrət edir. Lakin o 4 gün ərzində ona gəlir gətirən çarxın yerinin dəyişdirildiyini anlayı və öz yerini tərk edərək həmin çarxı axtarmağa başlayır. Ona uğur gətirən çarxı tapdıqdan sonra isə oyuna davam edir və öz uduş məbləğini 450 000 dollara çatdırır.
Kazino rəhbərliyinin atacağı yalnız bir addım var idi. Rulet çarxlarının üzərində çıxarıla bilən dekorativ rəqəm bölgüləri mövcud idi və hər axşam kazino bağlandıqda bu hissələr yığılırdı. Kazino sahibinin bu hissələri dəyişməkdən başqa çarəsi yox idi.
İki gün ardıcıl olaraq uduzan Jagger sonda 125 000 dollar itirdikdən sonra dayanmağa qərar verir və Monte Karlonu tərk edir. O özü ilə 325 000 ABŞ dolları aparır və bu məbləğ hazırda bir neçə milyon dollara bərabər olardı. Maraqlıdır ki, Jaggerin kazino oyunu haqqında tarixçəni ilk dəfə amerikalı yazıçı Cek London özünün “Smoke Bellew” romanında danışmışdır.