Bu məqalənin qəhrəmanı olan Joseph Weil bütün 100 illik boyu bir çox amerikalı yazıçı, ssenarist və fırıldaqçıların ilham mənbəyi olmuşdur. Ötən əsrin 20-ci illərində Çikaqo küçələrində baş verən bütün hadisələr qanun çərçivəsinə salınırdı. Adi qətllər və qarət halalrı şəhərin cinayət həyatının kiçik bir hissəsini təşkil edirdi. Spirtli içkilər ilə qanunsuz ticarət, qanunsuz qumar evləri və bordellər, həmçinin fırıldaqçılıq öz hökmranlıq dövrünü sürürdü.
O dövrün fırıldaqçılıq üzrə kralı isə “Sarı oğlan” ləqəbli Joseph Weil idi. O şəhərin küçələrində inanılmaz dərəcədə bahalı avtomobillərdə gəzir, qalstukunda brilyant olan dəbdəbəli kostyum geyinirdi. O bir fırıldaqçılıq əməlindən 10 mindən 500 min dollara qədər gəlir əldə edə bilirdi. Bununla yanaşı, o heç vaxt yoxsul insanları aldatmırdı və buna görə də fırıldaqçıların Robin Qud-u adlandırılırdı.
Joseph Weil 1875-ci ildə avropalı mühacir ailəsində dünyaya gəlmişdi və ailəsi ərzaq məhsulları satan mağazaya sahib idi. Joseph səhər saat 6-da yuxudan durmalı və bütün günü piştaxtanın arxasında ayaq üstə dayanmalı idi. O yalnızca məktəbə getmək üçün bir müddətlik mağazadan ayrılırdı. Bu kiçik oğlan üçün dözülməz idi və buna görə də bəzən üsyan edirdi. O bəzən məktəbdən mağazaya qayıtmaq əvəzinə hippodroma gedir, böyüklərin həyat tərzini müşahidə edirdi. Burada heç kəs işləmirdi, havada isə çoxlu sayda pul uçuşurdu.
Joseph Weil 17 yaşında təhsilini atır və bankda kollektor işinə düzəlir. Lakin bu fəaliyyət də ambisiyalı oğlanı qane etmir. Məsələ ondadır ki, o əyalətdəki ən gözəl və ağıllı qız ilə evlənməyə qərar verir. O qızı evə gətirdikdə anası onu kənara çəkərək demişdi: “Oğlum, bu qız sənin üçün kifayət qədər yaxşıdır. Belə bir qıza varlı ər lazımdır”. Joseph Weil isə cavabında demişdi: “Mən onun almaq istədiyi hər bir şeyə kifayət qədər pul qazanacam və artıq da qalacaq”. O bu sözləri əbəs yerə deməmişdi.
O tezliklə belə desək ona “həyata ikinci bilet” bəxş edən bir şəxslə tanış olur. Bu “dəri, mədə və digər xəstəliklər” üçün unikal dərman yaradan həkim Meriueyter idi. “Meriueyter məlhəmi” həkimin evinin zirzəmisində yerləşən nəhəng çəndə hazırlanırdı və bu məlhəm 95% yağış suyundan ibarət idi ki, onun da tərkibinə qarın işlədən təsir göstərən bitki kökü və dad üçün şirin likör daxil idi. Bu dərman əsas olaraq bağırsaq qurdları əleyhinə məlhəm kimi reklam edilirdi. Belə ki, bu zaman Çikaqo sakinlərinin əksəriyyəti bundan əziyyət çəkdiyini düşünürdülər, xüsusən də qadınlar. Rəngi ağaran, ürək bulanması hiss edən və mədəsində ağrı yaranan qadınlar qurdları lənətləməyə başlayır və “məşhur” həkimin hüzuruna qaçırdılar. Həkim Joseph-dən şəhət ətrafı səfərlər üçün istifadə edirdi. Belə ki, o burada saxta alıcı rolunu oynayırdı. O qəfil olaraq gəlib elan edirdi ki, bu möcüzəvi məlhəm sayəsində öz həyatını xilas edib.
Joseph Weil bir mövsüm ərzində həkim ilə bütün İllinois, Ayova və Viskonsin ştatlarını gəzir və evinə ailə həyatı qurmağa tam hazır varlı bir şəxs kimi geri dönür. Onun toyu isə yüksək Çikaqo standartlarına uyğun keçirilmişdi.