20 C
Baku
Tuesday, October 14, 2025

JP Morgan ABŞ-ın “təhlükəsizliyi və dayanıqlılığı”na 1,5 trilyon dollar investisiya edəcək

JPMorgan Chase bankı ABŞ-ın milli təhlükəsizliyi və dayanıqlılığı üçün kritik əhəmiyyət daşıyan sahələrin inkişafına yönəlmiş 10 illik investisiya və maliyyələşdirmə proqramını açıqlayıb.

Bu barədə Financial Times məlumat yayıb.

Proqramın ümumi həcmi 1,5 trilyon dollar təşkil edir.

Bankın rəhbəri Ceymi Daymon bildirib ki, ABŞ kritik mineralların, məhsulların və istehsal imkanlarının etibarsız mənbələrinə çox asılı vəziyyətə düşüb.

Onun sözlərinə görə, təşəbbüsün məqsədi Amerikanın güclü olmasını təmin etməkdir ki, bu da qlobal təhlükəsizlik üçün vacibdir.

Proqram çərçivəsində bank təchizat zəncirləri və qabaqcıl istehsalı, müdafiə və aero-kosmik sənayesi, enerji müstəqilliyi və dayanıqlılığı, o cümlədən qabaqcıl və strateji texnologiyalar istiqamətdə fəaliyyət göstərən şirkətlərə investisiya yatırmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər