ABŞ-ın “JP Morgan” İnvestisiya Bankı koronavirusun Çinin iqtisadi artım sürətini azaldacağını proqnozlaşdırır.
Bank bu ilin I rübü üçün Çinin iqtisadi artım proqnozunu 6%-dən 5,6%-ə, illik proqnozu isə 5,9-dən 5,8%-ə endirib.
“Koronavirus ən çox turizm, pərakəndə və əyləncə sektorlarına təsir edəcək. Çində yeni il tətili istehlakçı xərçləri üçün “qızıl mövsüm” sayılır, ancaq epidemiya səbəbindən insanlar evindən çıxa bilmirlər”, – deyə, Bankın analitiki Haibin Zhu bildirib.
©Report