Dünya 2030-cu ilə qədər enerji böhranından qaçmaq üçün əlavə 1,3 trilyon ABŞ dolları həcmində investisiya tapmalıdır.
Bu barədə ABŞ-ın “JP Morgan” bankının proqnozuna istinadən xəbər verilir.
Proqnoza əsasən, sərmayələr neft və qaz, bərpa olunan enerji və nüvə enerjisi də daxil olmaqla bütün enerji mənbələrinə edilməlidir.
Qeyd olunur ki, 2030-cu il üçün tələbatın neftə 10%, qaza isə 18% artacağı gözlənilir.
Proqnoza görə, 2030-cu il üçün enerji tələbatının artımı tədarük artımını təqribən 20% üstələyəcək.