ABŞ-ın “JP Morgan” bankı öz coğrafi mövqeyini genişləndirmək üçün innovasiya texnologiyalarından istifadə edərək İndoneziyada virtual biznes-filial açıb.
AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, bankın İndoneziyada virtual filialı müştərilərə bank xidmətlərinin tam çeşidini təqdim edəcək. Bununla da “JP Morgan”ın İndoneziya filialı bankın dünyada ikinci virtual şöbəsi oldu.
Bank yaxın vaxtlarda Tailand və Çində də bu cür virtual şöbə açmağı planlaşdırır.