ABŞ prezidenti Donald Trampın ticarət müharibəsi və OPEC-in hasilatı artırması bu il neftin qiymətini bir barel üçün 50 dollara salmalı idi. Lakin İsrail və İran arasındakı müharibə enerji bazarında narahatlığı artırdı.
Banker.az (İnvestisiya) xəbər verir ki, bu barədə dünyanın ən iri kredit təşkilatlarından biri “JP Morgan”ın hesabatında qeyd edilir.
Bank yazır ki, jələlik İranda enerji infrastrukturuna “ciddi ziyan dəyməyib” və bank hesab edirik ki, bu belə də qalacaq.
İrandan ixracın qismən azalması Səudiyyə Ərəbistanının hasilatı artırması və ABŞ-ın strateji neft ehtiyatından istifadəsi ilə kompensasiya olunacaq, deyə bankın qeydində bildirilir.
Lakin eskalasiya davam edərsə, İran neftinin ixracının tam dayanması riski əhəmiyyətli olaraq qalır – belə bir ssenaridə qiymət 12 iyun səviyyəsindən 45% artaraq bir barel üçün 100 dollara çata bilər.
“Citi Bank” isə Hörmüz boğazının bağlanması fonunda neftin bir barelinin 90 dollara yüksələcəyini proqnoz edir.