Bloomberg agentliyinin verdiyi məlumata görə, Amerikanın investisiya bankı JP Morgan OPEC-in neft hasilatını azaltmaq ilə bağlı danışıqlarda uğur şansını 60% həcmində qiymətləndirib.
Bununla yanaşı, bir ay əvvəl OPEC ölkələri tərəfindən 30 noyabrda neft hasilatının məhdudlaşdırılması ilə bağlı keçiriləcək iclasda danışıqlarda uğur qazanılması şansı 75-80% səviyyəsində qiymətləndirilirdi.
“Danışıqlar zamanı razılıq əldə edilməzsə, OPEC neft zənbilinin qiyməti 1 barrel üçün 35-40 dollara enə bilər. Yaxın Şərqdə isə bazar uğrunda “müharibə”-nin yenidən alovlanması istisna deyil” – deyə JP Morgan bankının analitik qeydi məlumat verib.
Qeyd edək ki, OPEC təşkilatına üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılığa gəlmək üçün 30 noyabrda Vyanada bir araya gələcəklər.