6 C
Baku
Sunday, December 15, 2024

“JP Morgan”: OPEC+ sazişinin müddəti bu ilin ortalarında bitə bilər

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılması üzrə sazişin müddəti 2018-ci ilin ortalarında bitə bilər.

Dünyanın ən böyük banklarından olan “JP Morgan”ın analitikləri Abhishek Deshpande və David Martin bu fikirdədir.

Analitiklərə görə, neft bazarında tarazlıq yaranacağı təqdirdə OPEC böyük ehtimalla bu ilin ortalarında neft hasilatının azaldılmasına dair sazişi bitirəcək. Bildirilir ki, son həftələrdə ABŞ-da havanın kəskin soyuması nəticəsində neftə olan tələbat böyük həcmdə artıb.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu. Ötən ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyini ötən il tam yerinə yetirib.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər