Amerikanın JP Morgan bankının proqnozuna əsasən, Çotlandiya Aİ-də qalacaq, Böyük Britaniyadan müstəqillik qazanacaq və 2019-cu ildə Britaniya Avropa İttifaqını tərk etmədən əvvəl öz valyutasını dövriyyəyə buraxacaq.
Şotlandiya valyutası təxmini olaraq Britaniya funt sterlinqinə bərabər olacaq. Belə ki, İngiltərə bankı və Avropa Mərkəzi bankı bu məsələdə maraqlı olacaqlar.
Reuters agentliyinin verdiyi məlumata görə, Şotlandiya Mərkəzi bankının təyin etdiyi faiz dərəcələri İngiltərə bankında olduğundan yüksək olacaq.
Bununla yanaşı, Şotlandiya Mərkəzi bankı ölkənin maliyyə sektorunun təmin edilməsi üçün nağd pul ehtiyatına kifayət qədər girişə sahib olmadığından ciddi problemlərlə üzləşəcək.
Bankın iqtisadçısı Malkolm Barr belə hesab edir ki, ola bilsin ki, Avropa mərkəzi bankı və İngiltərə bankı yeni valyutanın buraxılmasına dəstək çərçivəsində öz ehtiyatlarının kiçik bir hissəsini onunla bölüşə bilərlər.
Aİ-ə daxil olan demək olar ki, bütün ölkələr, nə vaxtsa avrozonaya qoşulmağa məcburdurlar. Lakin bu məqsəd üçün əvvəlcədən təyin edilmiş konkret müddət yoxdur.
Barr həmçinin hələ də öz şəxsi valyutasını istifadə edən İsveçi nümunə gətirərək bildirmişdir ki, Şotlandiyanın bu addımı atması üçün bir neçə il tələb oluna bilər.
Bu yaxınlarda Şotlandiya əhalisinin əksəriyyəti ittifaqdan çıxmağa qərar verən Böyük Britaniya vətəndaşlarından fərqli olaraq ölkənin Avropa İttifaqında qalmasına səs verdi.