4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

“JPMorgan”: 2022-ci ildə neftin qiyməti $125-a çatacaq

“JPMorgan” analitikləri neftin qiymətinin 2022-ci ildə bir barel üçün 125 dollara yüksələcəyini proqnozlaşdırıblar.

Banker.az xəbər verir ki, Kristian Malekin rəhbərlik etdiyi ekspertlər qrupu bəyan edib ki, OPEC+ kifayət etməyən investisiya qoyuluşunun nəticələrindən sığortalanmayıb.

“Biz təxmin edirik ki, OPEC-in 2022-ci ildə “əsl” ehtiyat tutumu gündə 4.8 milyon barel konsensus qiymətindən 2 milyon barel (43 faiz) aşağı olacaq”, – deyə mesajda bildirilib.

Dünya bazarında neftin qiyməti noyabrda 20% ucuzlaşıb. Noyabrın 30-da “Brent” markalı neftin fevral fyuçerslərinin dəyəri bir barelə görə 69.6 dollar, “WTI” isə 66.18 dollara çatıb.

Neftin qiyməti son bir il yarım ərzində rekord qıraraq aşağı düşüb: 2020-ci ilin martında yanacaq 50%-dən çox ucuzlaşıb. Mütəxəssislər bunu koronavirusun yeni “omikron” ştamının yayılması ilə əlaqələndirirlər.

Son xəbərlər
Oxşar xəbərlər