-1 C
Baku
Sunday, December 15, 2024

JPMorgan 8 min əməkdaşını işdən azad edəcək

ABŞ-ın nəhəng maliyyə təşkilatı JPMorgan Chase & Co. ipoteka kreditləşməsində ixtisaslaşmış 8 minə yaxın əməkdaşını işdən azad edəcək.

Beləliklə, keçən ilin əvvəlindən başlayaraq iş heyətinin sayı 24,5 min insana düşəcək. 2013-cü ildə elan edilən xəbərlərə görə, bank 2014-cü ildə 19 minə yaxın əməkdaşını ixtisar edəcək.

IV rübdə ipoteka kreditlərindən gələn gəlir həcmi azalmış və kredit üçün müraciət edənlərin sayı azalmışdır.

Qeyd edək ki, JPMorgan bankının səhmlərinin dəyəri tarixi maksimum həddə çatmışdır.

Bankın gəlirinin 7% azalması barədə hesabat da öz növbəsində buna mane olmamışdır.

Son xəbərlər
Digər xəbərlər