Amerikanın “JPMorgan” bankının analitikləri ABŞ-da 2023-cü ilin birinci yarısında resessiya ehtimalını 15% qiymətləndiriblər.
“JPMorgan-a görə, bu ilin birinci yarısında ABŞ-da tənəzzül riski 20%-dən 15%-ə düşüb. Bu, dörd mümkün ssenaridən ən az ehtimal olunandır”, – mesajda deyilir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
ABŞ-ın tənəzzüldən qaça biləcəyi “yumşaq eniş” ssenarisi 25% olaraq qiymətləndirilir. Bu, bankın analitiklərinin fikrincə, ABŞ Federal Ehtiyatlar Sisteminin məzənnəsinin tədricən artmasına səbəb olacaq.
Daha bir ssenari “qaynar suda qurbağa” adını alıb. Bu halda inflyasiya həm FED-i, həm də Qərbi Avropa mərkəzi banklarını faiz dərəcələrini artırmağa sövq edəcək.
Daha əvvəl Beynəlxalq Valyuta Fondu (BVF) 2023-cü ildə qlobal iqtisadiyyatın artım tempinin 2.9% səviyyəsində olacağını proqnoz etmişdi. Bu, ötən illə müqayisədə daha azdır. İnkişafı ləngidən əsas amillər mərkəzi banklar tərəfindən faiz dərəcələrinin artırılması, Ukraynadakı müharibə və uzun sürən inflyasiya böhranıdır.
BVF-nin 2023-cü ildə ABŞ-ın iqtisadi artımı ilə bağlı proqnozu 0.4% artaraq ÜDM-in 1.4%-nə çatıb.