JPMorgan-ın analitiki Marko Kolonovic hesab edir ki, son iki ildə fond bazarı iki mərhələdən keçib: vergilərin düşdüyü bir dövr və ticarət müharibəsi dövrü.
Birinci mərhələ fond bazarı üçün möhtəşəm olmuşdur: səhm qiymətləri rekord səviyyəyə çatdı, ölkədə istehsal göstəriciləri əhəmiyyətli dərəcədə artdı.
Banker.azxəbər verir ki, sonra isə Trampın “Twitter” sosial şəbəkəsindəki mesajları hər şeyi pozdu.
Bir tərəfdən səhmlər ani itkilərə məruz qalıblar. Bəli, onlar ticarət sahəsində olan irəliləyişin fonunda bərpa olsalar da, sərmayəçilər qeyri-müəyyənlikdən narahat olmağa davam edirdilər.
İstehsal məsələsi hələ də açıq qalır. Aşağıdakı qrafikdə göründüyü kimi, istehsal göstəricilərinin yenidən kəskin düşməsi müşahidə olunur.
Kolonovic qeyd edir ki, fond bazarının bəzi seqmentləri hal-hazırda böyük miqyaslı resessiyadadır.
“Ticarət müharibəsi vergi stimullaşdırılmasının bütün faydalarını kompensasiya edir. Əgər müharibə davam etsə, bu, tarixə “Trampın tənəzzülü” kimi düşərək qlobal düşməyə gətirib çıxaracaqdır”, – deyə Kolonovic qeyd edir. Bütün bunların fonunda Kolonovic və JPMorgan komandası səhmlərlə bağlı optimistdirlər. Niyə?
Onlar Trampın prezident seçkiləri ərəfəsində buna yol verəcəyinə inanmırlar. Bu səbəbdən Kolonovic hesab edir ki, bazardakı tənəzzülün bir hissəsini geri döndərmək olar. Bunun üçün Trampın ticarət sahəsində irəliləyiş etməsi tələb olunur.
“Bu, bazarlarda 5%-lik, yüksək beta əmsallı qiymətli kağızların qiymətində isə 10-20%-lik ralliyə gətirib çıxaracaq. Dayanıqlı bazar və tənəzzülün olmaması, Trampın seçkilərdə qalib olmaq şansını artırır. Məhz buna görə də biz də elə bir nəticə gözləyirik”, – o deyib.