19 C
Baku
Monday, April 7, 2025

“JPMorgan” dünyada resessiya ehtimalını 40%-dən 60%-ə yüksəldib

“JPMorgan”ın baş iqtisadçısı Brüs Kasmanın fikrincə, Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən kütləvi tariflər “qlobal iqtisadiyyat üçün ən böyük təhlükədir” və ABŞ-də resessiyaya səbəb ola bilər. O hesab edir ki, rüsumlar qaldırılmasa, bu il qlobal iqtisadi tənəzzül gözlənilə bilər.

Cənab Kasmanın “Qan olacaq” adlı təhlilində qeyd etdiyi kimi, ABŞ tarifləri “1968-ci ildən bəri Amerika ev təsərrüfatlarına və bizneslərinə qarşı ən kəskin vergi artımıdır”. Onun sözlərinə görə, tariflərin tətbiqinin mənfi nəticələri digər ölkələrin cavab tədbirləri, biznesin inamının azalması və qlobal təchizat zəncirlərinin pozulması səbəbindən əhəmiyyətli dərəcədə arta bilər.

Ekspert onu da qeyd edir ki, tənəzzülün bu il ABŞ-də başlaması ehtimalı az olsa da mümkündür, lakin dünyanın qalan hissəsində yox. Bundan əvvəl “Goldman Sachs” 2025-ci ildə tənəzzül ehtimalını 20%-dən 35%-ə qaldırmışdı.

Son xəbərlər
Digər xəbərlər