7 C
Baku
Thursday, February 6, 2025

“JPMorgan”: “Ethereum” rəqabətə görə mövqeyini itirməyə davam edəcək

“JPMorgan”ın hesabatına görə, “Ethereum” yaxın zamanda alternativ blokçeynlərə görə artan rəqabətlə üzləşəcək və bu, onun mövqeyini zəiflədə bilər. Analitiklər qeyd edirlər ki, kriptovalyuta bazarının böyüməsinə baxmayaraq, “Ethereum”un ümumi kapitallaşma payı dörd ilin minimumuna düşüb.

Birincisi, “Solana” və “L2” həllərinin rəqabəti artır, çünki onlar aşağı komissiya və daha yaxşı miqyaslılıq təklif edir. İkincisi, “Ethereum” yatırım aləti kimi qəbul edilən “Bitcoin”dən fərqli olaraq özünü investisiya aktivi kimi təsdiqləməyib.

Komissiyaları azaldan “Dencun” yeniləməsindən sonra belə istifadəçilər “Ethereum”dan “L2” şəbəkəsinə keçirlər. Bundan əlavə, mərkəzləşdirilməmiş tətbiqlər olan “Uniswap”, “dYdX” və “Hyperliquid” əməliyyatları öz şəbəkələrinə köçürürlər, bunun fonunda “Ethereum”un qazancı azalır və ETH inflyasiyası riski artır.

Bütün bunlara baxmayaraq, “Ethereum” steyblkoinlər, “DeFi” və tokenizasiyada lider olaraq qalır, baxmayaraq ki, onun bu seqmentlərdəki üstünlüyü zəifləyə bilər. İnstitusional kapitalı cəlb etmək üçün “Ethereum Foundation” və Vitalik Buterin “Ethereum” əsaslı müəssisə həllərinə sərmayə qoysa da, bankın qiymətləndirməsinə görə, yaxın vaxtlarda layihə üçün rəqabət daha da artacaq.

Son xəbərlər
Digər xəbərlər