8 C
Baku
Monday, November 18, 2024

“JPMorgan”: İsrail iqtisadiyyatı dördüncü rübdə 11% azalacaq

“JPMorgan Chase & Co”nun proqnozuna görə, Fələstinin HƏMAS hərəkatı ilə müharibənin kəskinləşməsi fonunda İsrail iqtisadiyyatı 2022-ci ilin eyni dövrü ilə müqayisədə dördüncü rübdə (oktyabr-dekabr) 11% kiçilə bilər.

İsrail Mərkəzi Statistika Bürosunun bildirdiyikimi, 2022-ci ilin dördüncü rübündə ölkə iqtisadiyyatı ötən ildəki 6.5% ilə müqayisədə illik ifadədə 5.8% artıb.

“JPMorgan” İsrailin ÜDM-nin 2023-cü ildə ümumilikdə 2.5%, 2024-cü ildə isə 2% artacağını gözləyir. Eyni zamanda, analitiklər qeyd edirlər ki, risklər “hələ də aşağıya doğru dəyişə bilər”. Onların fikrincə, “müharibənin İsrail iqtisadiyyatına təsirini qiymətləndirmək münaqişənin miqyası və müddəti ilə bağlı hələ də çox böyük qeyri-müəyyənlik, eləcə də dəqiq məlumatların olmaması səbəbindən çətin olaraq qalır”.

Ekspertlər qeyd edirlər ki, 2014-cü ildə HƏMAS və 2006-cı ildə Hizbullah da daxil olmaqla, İsrailin iştirak etdiyi keçmiş münaqişələr iqtisadiyyata az təsir göstərib, lakin “indiki müharibə daxili təhlükəsizliyə daha çox təsir edir”.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2022-ci ildə İsrailin dollar ekvivalentində ÜDM-i 525 milyard dollar təşkil edib (2021-ci ilə qədər +6.5%) və 2023-cü ildə təşkilatın proqnozuna görə (müharibədən əvvəlki təxminlər) artmalıdır.

İsrailin ən böyük bankı Hapoalim hesab edir ki, hərbi münaqişə İsrailə keçən ilki ÜDM-in 1.6%-nə (və ya 6.6 milyard dollar) qədər ziyan vura bilər. Kredit təşkilatı analitikləri də müharibənin müddəti və xarakterinin iqtisadiyyata dəyən ziyanın dərinliyi üçün həlledici olacağını vurğulayıblar.

Son xəbərlər
Digər xəbərlər