8 C
Baku
Monday, November 18, 2024

“JPMorgan” metakainatda nümayəndəlik açan ilk bank oldu

“JPMorgan” metakainatda nümayəndəlik açan ilk bank olub. Virtual lokasiya “Digital Currency Group” tərəfindən dəstəklənən və blokçeyn texnologiyasına əsaslanan “Decentraland” metakainatda “Metajuku” ticarət mərkəzində yerləşir.

Banker.az xəbər verir ki, “Decentraland” istifadəçilərə metakainatda araşdırma aparmağa və MANA valyutası ilə torpaq almağa imkan verir.

Bank metakainat seqmentinin maliyyə hesabatı ilə birlikdə launj-zona təqdim edib: “Metakainatlar, ehtimal ki, yaxın illərdə hər bir sektora daxil olacaq, bazar imkanları isə illik 1 trilyon dollardan yüksək qiymətləndirilir”.

“JPMorgan” virtual mallara xərclərin ildə 54 milyard dollar çatdığını qeyd edib. 2021-ci ildə altı aylıq müddətdə metakainatda torpağın qiyməti 6 min dollardan 12 min dollara qədər artıb.

Qeyd edək ki, metakainatda həmçinin müxtəlif brendlər nümayəndəlik açıb – “McDonald’s”, “Nike” və “Victoria’s Secret”.

Son xəbərlər
Digər xəbərlər