24 C
Baku
Thursday, September 29, 2022

“JPMorgan” pandemiyanın 2022-ci ildə bitəcəyini proqnozlaşdırıb

COVID-19 pandemiyası 2022-ci ildə sona çatacaq və qlobal iqtisadiyyat tam bərpa olunacaq.

Banker.az xəbər verir ki, bu, “JPMorgan Chase Global Research” analitiklərinin proqnozudur.

Amerikanın maliyyə konqlomeratı olan “JPMorgan Chase”in ekspertləri hesab edirlər ki, yeni peyvəndlər və müalicə üsulları ortaya çıxdıqdan sonra “qlobal mobilliyin tsiklik bərpası və qayıdışı” baş verəcək.

“Bu proqnoz kollektiv immunitetin formalaşması, eləcə də insan ixtiraçılığı ilə bağlıdır”, – deyə bankın mütəxəssislərindən biri söyləyib.

Analitik xəbərdarlıq edib ki, 2022-ci ildə risklər Avropa və Asiyada geosiyasi gərginliyin artması, enerji böhranı, inflyasiya ilə bağlı qeyri-müəyyənlik və pul siyasətinin normallaşması ilə əlaqəli olacaq.

 

Son xəbərlər
Oxşar xəbərlər