8 C
Baku
Monday, November 18, 2024

“JPMorgan” Rusiyada fəaliyyətini dayandırır

Amerikanın ən böyük investisiya banklarından biri “JP Morgan Chase” Rusiyanı tərk etdiyini açıqlayıb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar Rusiyanın Ukraynada fevralın 24-ü başladığı hərbi əməliyyatla əlaqəli olub.

Qeyd edək ki, “JPMorgan”ın Rusiyada 200-dən az əməkdaşı çalışır. Bankın sözçüsü Taşa Pelio “CNBC”yə verdiyi açıqlamada bildirib ki, “müxtəlif ölkələrin hökumətlərinin direktivlərinə uyğun olaraq, onlar da Rusiyada fəaliyyəti dayandırırlar”.

Xatırladaq ki, bir qədər əvvəl dünyanın ən böyük banklarından biri “Goldman Sachs” da Rusiya bazarını tərk etdiyini açıqlamışdı. Amerikan bankı “Citigroup” ölkədə biznesi davam etdirmək imkanlarının “bütün variantlarını” nəzərdən keçirdiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər