9 C
Baku
Friday, December 13, 2024

Jurnalist 500 milyonçunu təhlil edib və maraqlı bir nəticəyə gəlib

80 il əvvəl jurnalist Napoleon Hill ABŞ-ın 500 ən varlı və uğur qazanmış kişilərinin talelərini təhlil və müqayisə edib. O öz araşdırmasının nəticəsini varlı olmağa kömək edən əsas 13 prinsip haqqında danışdığı “Düşün və varlan” kitabına daxil edib.

Burada 10-cu prinsip “Sevgi enerjisinin yaradıcılığa dönüşümü” adlanırdı. Prinsipin mahiyyəti ondan ibarətdir ki, sevgi və şəhvət – uğur və zənginliyi təyin edən amillərdir.

Hill yazırdı: “İnsanın sahib olduğu bütün hisslər içərisində sevgi və şəhvət hissi daha çox gücə sahib olanlardır. Sevmək bacarığı daha güclü inkişaf etmiş və yanında onu dəstəkləyən qadına sahib olan şəxs başqalarından daha çox şeyə nail olacaq”.

Bu gün, demək olar ki, yarım əsr sonra biz eyni şeyi uğur qazanmış qadınların dodaqlarından duyuruq. “Karyeramda ən vacib seçim – həyat yoldaşı seçimimdir” – deyə Facebook şəbəkəsinin icraçı direktoru Sheryl Sandberg bildirib. Qeyd edək ki, təxminlərə əsasən, Sheryl Sandberg 1,1 milyard dollar sərvətə sahibdir.

Sent-Luisdə Vaşinqton universitetinin alimləri tərəfindən həyata keçirilən araşdırma müəyyən edib ki, anlayışlı və düşüncəli həyat yoldaşına sahib olmaq yüksək əmək haqqı əldə etmək şanslarını əhəmiyyətli dərəcədə artırır: “Həddindən artıq dürüst və düşüncəli həyat yoldaşına sahib olan əməkdaşlar anlayışsız həyat yoldaşına sahib olan əməkdaşlardan fərqli olaraq işdə 50% daha çox irəli getmək şansına malikdirlər”.

Düşüncəli, müdrik həyat yoldaşları öz həyat partnyorlarına karyeraları üzərində fikir cəmləşdirməyə imkan yaratmağa meyillidirlər. Bundan əlavə, ailə həyatını uğurlu şəkildə quran insanlar evlərində özlərini gərgin hiss etmir ki, bu da onlara öz enerjilərini iş üçün qorumağa imkan verir.

Hill yalnızca kişi cinsinə mənsub uğur qazanmış şəxsləri təhlil edib və bu xüsusiyyətləri yalnızca onlara şamil etməsinə baxmayaraq, o fərqində olmadan belə nəticəyə gəlib ki, sağlam münasibət maliyyə rifahının vacib tərkib hissəsidir. Və 80 il sonra biz bilirik ki, bu prinsip hər iki cins üçün işə yarayır!

Son xəbərlər
Digər xəbərlər