10 C
Baku
Friday, December 13, 2024

Jurnalistin qətilindən sonra S. Ərəbistandan $90 mlrd. sərmayə çıxarılıb, mənbə deyir

Səudiyyəli müxalif jurnalist, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçının qətlindən sonra xarici iş adamları Səudiyyə Ərəbistanından 90 milyard dollarlıq sərmayə çıxarıb.

Banker.az bildirir ki, bunu “JP Morgan” yazıb.

Bildirilib ki, 2017-ci ildə dünyanın ən böyük hərbi təchizatçısı olan Səudiyyə Ərəbistanı Krallığına Almaniya, Danimarka, Finlandiya və Böyük Britaniya silah satışını dayandıracaqlarını açıqlayıblar. Türkiyənin krallığa hərbi silah və texnika satışı cari il 73 faiz aşağı düşərək, 8 milyon dollar təşkil edb. Ər-Riyaddakı Orta Şərq Maliyyə Yatırım Şirkətinin hesabatına əsasən, C.Qaşıqçının qətli ilə əlaqədar ölkədəki xarici şirkətlər 165 milyon dollar məbləğində maliyyə vəsaitini krallıqdan çıxarıb.

“Dara Khosrowshahi” isə Səudiyyə Ərəbistanından 3,5 milyard dollar çıxararaq, C.Qaşıqçının qətli əlaqədar daha çox məlumat verilməyənədək yeni layihəyə başlamayacağını açıqlayıb.

Yazıda qeyd olunub ki, nefitin qiyməti cari il oktyabrın 2-də 84,35 dollar idisə, son iki ayda 30 faiz düşərək, 58,80 dollar olub.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb.

© Report

Son xəbərlər
Digər xəbərlər