2 C
Baku
Saturday, December 14, 2024

Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər cərimələnəcək – Məcəlləyə dəyişiklik

Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər cərimələnəcək.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Eyni zamanda Qanunla müəyyənləşdirilmiş hallardan başqa, media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Son xəbərlər
Digər xəbərlər