9 C
Baku
Tuesday, December 24, 2024

“Juul” üç tütün nəhəngi ilə danışıqlar aparır

Elektron siqaret istehsalçısı “Juul” yanvar ayında üç tütün nəhəngi – “Philip Morris”, “Japan Tobacco” və “Altria” ilə ayrı-ayrılıqda razılaşma haqqında danışıqlara başlayıb. The Wall Street Journal danışıqlardan xəbərdar olan mənbələrə istinadən yazır ki, şirkət onlardan biri ilə satış, investisiya və ya paylama müqaviləsi üzrə razılığa gəlməyi düşünür.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Xatırladaq ki, 2022-ci ilin payızında “Juul” şirkəti “Altria” ilə beynəlxalq biznesini satmaq və ya ABŞ-da əqli mülkiyyətə lisenziya vermək üçün mümkün sövdələşmə haqqında demək olar ki, razılaşıb, lakin danışıqlar sentyabrın sonunda pozulub.

ABŞ-ın elektron siqaret bazarının 27%-ni təşkil edən şirkət ABŞ tənzimləyicilərinin iddiaları səbəbindən iflasa yaxın bir vəziyyətdə olub. Qida və Dərman İdarəsi (FDA) “Juul”a 2022-ci ilin iyun ayında məhsullarını ABŞ bazarından geri çəkməyi tapşırıb.

2022-ci ilin dekabrında şirkət uşaqlara və yeniyetmələrə məhsul satmaqda ittiham olunduğu üçün 1.7 milyard dollar ödəməyə razılaşıb. Eyni zamanda “Altria” da “Juul” ilə tərəfdaşlığa son qoyduğunu deyib. Bu qərar siqaret istehsalçısı “Malboro” başqa elektron marka əldə etmək və ya öz veypinq məhsullarını inkişaf etdirmək imkanını verib.

“Juul” 2017-ci ildə yaradılıb və 2018-ci ilin dekabrında onun təsisçiləri Adam Bouen və Ceyms Monsiz şirkətin səhmlərinin 35%-ni “Malboro” markalı siqaretlər istehsal edən tütün nəhəngi “Altria” tərəfindən təxminən 13 milyard dollara satın alındıqdan sonra milyarderlərə çevrilib.

Son xəbərlər
Digər xəbərlər