26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

“Kənd hazır olanda bir də gələcəyik”

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub.

Təməlqoyma mərasimindəki dialoqu təqdim edirik:

Prezident İlham Əliyev: “Ağalı kəndində “Ağıllı kənd” layihəsinin təməl daşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Qarabağ Azərbaycandır!”. Həmin bu yazı gilizdədir.

Kişi sakin: Qoy hamının burada zəhməti olsun.

Prezident İlham Əliyev: Əlbəttə, bu, tarixdir. Kişilər özlərini qabağa verirlər.

Qadın sakin: Xeyirli, uğurlu olsun.

Prezident İlham Əliyev: Burada da abidə ucaldılacaq.

Kişi sakin: Cənab Prezident, buraya gəlməyən sakinlər də bizə tapşırdılar ki, Sizə təşəkkür edək. Çox sağ olun ki, bizim kəndə bu cür dəyər verdiniz.

Prezident İlham Əliyev: Sağ olun məndən də onlara salam söyləyin. Kənd hazır olanda bir də gələcəyik.

Qadın sakin: Mütləq bizə gəlin.

Birinci xanım Mehriban Əliyeva: Mən də istəyirəm.

Prezident İlham Əliyev: Hə, əlbəttə. Sən yaddan çıxdın. Leyla sən də gəl.

Qadın sakin: Bu həyəcanı bizə yaşatdığınız üçün sağ olun. 70 yaşım var özümü 15 yaşda hiss edirəm. O qədər cavanlaşdırdınız ki.

Birinci xanım Mehriban Əliyeva: Göyərçinlər indi uçmalıdır. Çəkin şəkilini

Prezident İlham Əliyev: Eybi yoxdur bir azdan uçacaqlar.

Kişi sakin: Cənab Prezident, mən bu kənddə doğulmuşam amma burada olmamışam.

Prezident İlham Əliyev: Gələn ilin əvvəlində, inşallah, bir də görüşəcəyik, Ağalı kəndinin bütün camaatı ilə.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər