4 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

Kənd məktəblərində işləyən müəllimlərə ödənilən kirayə haqqı artırılır

Azərbaycanda xüsusi təhsilə cəlb olunan 12 380 nəfərin valideynlərinə və yaxud digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda ödənilən müavinətin məbləğinin 2,3 dəfə artırılaraq 22 manatdan 50 manata çatdırılması nəzərdə tutulub.

Bu məsələ “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Bundan başqa, sənədə əsasən, pedoqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 20 min nəfərə qədər gənc mütəxəssislərin kənd rayonlarındakı ümumi təhsil müəssisəsinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın məbləği 50% artırılaraq 60 manatdan 90 manata çatdırılacaq.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X