Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişikliyi olub

İndiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin birbaşa tabeliyində olan Respublika Suni Mayalanma Mərkəzi nazirlik yanında Dövlət Toxum Fondunun tabeliyinə verilib. 

Banker.az xəbər verir ki, bu barədə Report agentliyinə nazirlikdəki mənbə bildirib.

Xatırladaq ki, Respublika Suni Mayalanma Mərkəzi 2017-ci ildə Göygöl rayonunda yaradılıb. Məqsəd ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirməkdir. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları