1 C
Baku
Cümə, Yanvar 21, 2022

Kərə yağı adı altında bitki yağı satan market cəzalandırılıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Gəncə şəhəri, Təbriz küçəsi 182 ünvanında yerləşən fiziki şəxs Musayev Azad Cahangir oğluna məxsus “Milli” ərzaq mallarının satışı mağazasında yoxlama keçirilib. Banker.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulduğu aşkar edilib. Belə ki, mağazada “Kрестъянское” nişanlı bitki tərkibli spred yağın kərə yağı adı altında satışının həyata keçirildiyi, heyvanmənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmədən satışının aparıldığı, mal qonşuluğu prinsipinin pozulduğu, qənnadı məmulatlarının üzərində etiket məmulatlarının qeyd olunmadığı məlum olub. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər
Oxşar xəbərlər