1 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Kəşmir paltolu canavar: “Louis Vuitton”un sahibi Bernar Arnonun uğur hekayəsi

72 yaşlı fransız iş adamı Bernar Arno dünyanın ən varlı insanlarından biridir. O, ən böyük lüks mallar şirkəti LVMH Moët Hennessy-yə sahibdir. Bəziləri Arnonu dəbin atası, bəziləri isə “kəşmir paltolu canavar” adlandırırlar. Bu niyə belədir?

Bernar Arno Forbes reytinqində üçüncü yerdədir – onun sərvəti 194 milyard dollardır. Fransalı iş adamını tez-tez müasir lüks sənayenin xaç atası adlandırırlar. O, kasıb ailədən deyil – atası tikinti biznesində layiqli sərvət qazanıb, Bernar isə bu kapitalı necə artıra biləcəyini tapıb.

Gələcək milyarder Parisdəki politexnika məktəbinin “mühəndislik” ixtisasını bitirib və 1971-ci ildə atasının Ferret-Savinel tikinti şirkətinə nəzarət etməyə başlayıb. Gənc iş adamının maraqları təkcə tikinti ilə məhdudlaşmırdı. O, genişləndirə biləcəyi müəssisə almaq istəyirdi.

Bernar atasını şirkətin tikinti bölməsini satmağa və diqqətini daşınmaz əmlaka yönəltməyə inandırdı, 1981-ci ildə isə müvəqqəti olaraq ABŞ-a köçdü.

1984-cü ildə Bernar hələ gənc mütəxəssis olarkən Fransaya qayıdıb. O eşidib ki, Fransa hökuməti Dior dəb evinin daxil olduğu Boussac tekstil şirkətini alacaq birini axtarır. Arno dərhal onunla maraqlanıb. Maraqlıdır ki, bu sövdələşməyə milyarderi Fransanın eks-prezidenti Şarl de Qollun adını tanımayan, lakin Dior haqqında eşitmiş olan taksi sürücüsü ilə dialoqu sövq edib.

Razılaşmadan sonra Arno 2 il ərzində 9 min işçini ixtisar etdi və “Terminator” ləqəbini qazandı. 1988-1989-cu illər arasında sahibkar Arnault LVMH-yə nəzarəti ələ keçirdi, bu da onun lüks mallar seqmentindəki mövqeyini gücləndirdi.

Arno eyni ssenarini digər şirkətlərdə də tətbiq edirdi. O, təsisçiləri sıxışdırırdı, ailələri parçalayırdı və Givenchy, Château d’YquemDuty Free Shoppers şirkətlərdə iş ortaqları arasında fikir ayrılığı yaradırdı.

1999-cu ildə Arno bütün diqqətini Tom Ford və Domeniko De Sole tərəfindən idarə olunan italyan Gucci markasına yönəltdi. Fransız iş adamı səssizcə səhmlərin 34.4%-ni ələ keçirtdi. İtalyanlar şirkətlərinin LVMH tərəfindən ələ keçirilməsini istəmirdilər. 2001-ci ilə qədər davam edən məhkəmə çəkişmələri başladı. The New York Post bu qarşıdurmanı “dəbdəki qanlı müharibə” və “akulaların müharibəsi” adlandırdı.

Nəhayət, LVMH öz səhmlərini satdı və 700 milyon dollar mənfəətlə oyundan çıxdı.

Bernard Arnault biznes yüksəkliklərini fəth edərkən həmişə sərtliyi ilə irəli çəkilmişdir. Lakin iş adamının sadiq qaldığı prinsip tək bu deyil. Lüks sənayesində qlobal lider olmağa kömək edən daha bir neçə prinsip var.

d0eea7c7dd5e477e66fd3d45f81b4dedf2d80356

Biznesdən xoşbəxt olmaq

Bernar Arno üçün xoşbəxtlik aparıcı mövqe tutmaqdır – istər idman, istər musiqi, istərsə də biznesdə. Milyarder üçün pul ikinci dərəcəli dəyərdir.

“Mən həmişə komandama deyirəm ki, gəlirlilikdən narahat olmayın. Əgər işini yaxşı görsən, pul gələcək. Bir brendi müzakirə edəndə həmişə deyirəm ki, məni həqiqətən narahat edən 6 ayda əldə edəcəyimiz qazanc deyil, onun 5 və ya 10 ildən sonra necə olacağıdır”, – iş adamı vurğulayır.

Səbr

Bernar Arno etiraf edir: o, o qədər də tez-tez səhv etmir, amma yenə də qərarlarından birinə görə peşmandır. Təxminən 19 il əvvəl iş adamı 5 il sahib olduğu kosmetik markanı satmışdı, çünki şirkət qazanc gətirmirdi.

“Bu brendi özümə saxlamalı idim. Mən başa düşdüm: biznesiniz uğursuzdursa, onu daha yaxşı başa düşmək və səbirli olmaq üçün çalışmaq lazımdır. Belə ki, bir şeyin işləməsi üçün illər lazım ola bilər. İndi həmin biznes çox uğurludur”, – milyarder söyləyir.

Düzgün reklam

“Alıcılar məhsulu istəməlidirlər. Amma bu sadə səslənir. Əslində, yüksək keyfiyyətli və düzgün reklam yaratmaq çətindir – onun brendi əks etdirməsini təmin etmək problemlidir”, – deyə Arno müsahibələrdən birində söyləyir.

İş adamının sözlərinə görə, şirkətin edə biləcəyi ən böyük səhv reklam işini marketinq şöbəsinə tapşırmaqdır. Arno hesab edir ki, bu prosesdə məhsulu yaradan dizaynerlər iştirak etməlidirlər.

Dior reklam kampaniyasında Con Qalyano modelin makiyajını özü etmişdi. O, həm də pozaları seçirdi. Stilistin təkbaşına etmədiyi tək şey fotoşəkillər idi”, – Arno davam edir.

3ce0a45dcdf173391a68c57eaa6019022240e95b

Fərqlilik

Bernar Arno inanmadığı layihələrə sərmayə qoymur. İş adamı əmindir ki, hər brend və  insan dünyanı fəth edə bilməz.

“Siz pianoda gündə 10 saat məşq etsəniz də, Vladimir Horovits ola bilməzsiniz. Ulduz olmaq üçün daha çox şeyə ehtiyacınız var – ilk növbədə istedad. Bir çox brend ulduz ola bilər, lakin zəif idarə olunduğundan kölgədən çıxmır. Eyni zamanda güclü idarəyə malik bəzi brendlər heç vaxt qlobal miqyasda uğur qazana bilməyəcək. Onlarda sözlə ifadə olunmayan o sehr yoxdur”, – iş adamı fikrini arqumentləşdirir.

Əzmkarlıq

“Siz israrlı olmalısınız. Əlbəttə ki, ideyalar lazımdır, lakin bu, uğurun yalnız 20%-dir. Qalan 80% icradan asılıdır. Mən tez-tez texnoloji startaplara sərmayə qoyuram. Məsələn, Facebook-u götürək  – bu, əla ideya idi. Ancaq oxşar ideyaya malik başqa şirkətlər də var idi. Niyə bu gün məhz Facebook məşhurdur? Bu, icra məharəti ilə bağlıdır”, – Bernar Arno bölüşür.

Milyarderin sözlərinə görə, əzmkarlıq və məhsuldarlıq onun startapda işə başlayan gənc mütəxəssislərə mütləq tövsiyə etdiyi iki keyfiyyətdir.

Süni defisit

LVMH hər mövsüm bir çox insanın xəyal etdiyi məhdud sayda Vuitton çantaları buraxır. Məsələn, 2004-cü ildə LVMH Böyük Britaniyada 5 550 dollara cəmi on Theda çantası istehsal edib.

“Əgər Theda çantası ala bilmirsinizsə, pulunuzu Louis Vuitton-un hər il istehsal etdiyi 180 digər standart çantalardan birinə xərcləyəcəksiniz. Onlar Theda-dan daha ucuz olduqları üçün gözünüzdə əlverişli sərmayə olacaq”, – növbəti sirrini açıqlayan Bernar Arno söyləyir.

Son xəbərlər
Oxşar xəbərlər