Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2 tender elan edib.
Banker.az xəbər verir ki, tenderlərdə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və digər rayonlarında yerləşən hərbi hissələri üçün ildırımötürücülərin quraşdırılması ilə birlikdə satın alınması (Lot 1) və (Lot2) nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə müvafiq olaraq LOT1 üzrə 1 107 274 manat, LOT2 üzrə isə 1 140 571 manat təşkil edir.