22 C
Baku
Sunday, June 15, 2025

Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, layihə işləri 1.2 milyon manata başa gələcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti İba Group MMC ilə 2 müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilələrdə Laçın Rayon Mərkəzi Xəstəxanasının layihə-smeta sənədlərinin hazırlanması və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.

Laçın Rayon Mərkəzi Xəstəxanasının layihə-smeta sənədlərinin hazırlanması 594 300 manata, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının layihə-smeta sənədlərinin hazırlanması isə 597 200 manata başa gələcək.

 

Son xəbərlər
Digər xəbərlər