“Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi 2025-ci ili 438 319 manat xalis mənfəətlə tamamlayıb. 2024-cü ildə isə 455 659 manatlıq xalis zərər edib. Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Qurumun aktivləri kəskin şəkildə artaraq 2024-cü ilin sonundakı 1 milyon 390 min manatdan 52 milyon 664 min manata yüksəlib.
Aktivlərin böyüməsi ilə paralel olaraq, xidmətin öhdəlikləri də 1 milyon 327 min manatdan 52 milyon 094 min manata çatıb.
Müəssisənin cəmi kapitalı təxminən 9 dəfə artaraq 62 430 manatdan 569 852 manata bərabər olub. Cari ildə əldə olunan mənfəət hesabına qurumun yığılmış keçmiş illər zərəri 455 659 manatdan 17 340 manata qədər azalıb.






