Kəmalə Məmmədova adlı fiziki şəxsin – “CPM Invest İnvestisya Şirkəti” ASC ötən il dövriyyəsini yüksəltməklə gəlirlərini də artırmış oldu.
Banker.az xəbər verir ki, investisiya şirkəti 2022-ci ildə 2 mln. 440 min manata yaxın gəlir əldə etməklə, öncəki ili 138% üstələmiş oldu.
Şirkət 864 min manat ümumi inzibati xərclər çəkmiş (2021: 485 min manat), 315 min manat mənfəət vergisi ödəmiş və beləliklə, 2022-ci ili 1 mln. 261 min manat xalis mənfəətlə tamamlamışdı.
Qeyd edək ki, “CPM Invest İ.Ş.” ASC dövlət istiqrazları ilə bağlı anderraytinq xidmətini həyata keçirməkdədir. Ötən il “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dən sonra ikinci ən iri dövriyyəyə malik olan şirkət oldu.
Şirkət 4 mlrd. 264.07 mln. manatlıq dövriyyəsinin 2 mlrd. 910.21 mln. manatı repo olduğu halda, 817.22 mln. manatı maliyyə nazirliyinin istiqrazları və 516,91 mln. manatı Mərkəzi Bankın notları üzrə olmuşdu və uzun müddətdirki, bazarda olan əsas rəqibləri bu göstəricidə xeyli üstələdi.