FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi, general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.
Bu barədə generalın özü məlumat verib.
Qeyd edək ki, Şahmar Paşayev uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.