Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı müvafiq əmrlərlə FHN-də yeni kadr təyinatları gerçəkləşib.
Banker.az Oxu.Az-a istinadla xəbər verir ki, nazir Bəxtiyar İslam oğlu Tağıyevi özünə müşavir təyin edib.
B.Tağıyev bundan əvvəl FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsində çalışıb.
“Unikal”ın əldə etdiyi məlumata görə isə nazirin digər əmri ilə İsmayıl Rauf oğlu Nəsirov Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin yeni rəisi təyin olunub. İ. Nəsirov bu təyinata qədər həmin agentliyin rəis müavini vəzifəsini icra edib.









