9 C
Baku
Sunday, November 17, 2024

Kəmaləddin Heydərov onu rəisin birinci müavini təyin etdi

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib.

Qeyd edək ki, ötən ay Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Əlibala oğlu Bağırov təqaüdə göndərilib. Nazirin digər əmri ilə daxili xidmət mayoru Vüsal Nazim oğlu Məmmədzadə Bakı Regional Mərkəzinin rəis müavini təyin edilib.

MənbəQaynarinfo
Son xəbərlər
Digər xəbərlər