9 C
Baku
Friday, November 29, 2024

Kəmaləddin Heydərov polkovniki vəzifəsindən azad etdi

Fövqəladə Hallar Nazirliyində (FHN) növbəti kadr dəyişikliyi edilib.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə “N” saylı hərbi hissəsinin alay komandiri, polkovnik Şəmsəddin Nurəddin oğlu Əmrahov vəzifəsindən azad edilib.

Onun yerinə polkovnik Kənan Şahlar oğlu Vəliyev təyin olunub.

Qeyd edək ki, polkovnik Şəmsəddin Əmrahov Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə FHN tərəfindən aparılan humanitar yardıma nəzarət edən səlahiyyətli şəxslərdən biri olub.

Mənbəoxu.az
Son xəbərlər
Digər xəbərlər