Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki yeni müavin təyin edilib.
Banker.az xəbər verir ki, bunlardan biri Cəbrayıl Xanlarovdur. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib. Cəbrayıl Xanlarov bu təyinatadək Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi idi.
Bundan başqa, Yusif Nəbiyev də nazir müavini təyin olunub. O isə bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib. Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi. O, daxili xidmət general-mayorudur.
Qeyd edək ki, nazirliyin saytında işdən çıxarılan müavinlərin adları hələ də rəhbərlik bölməsində qalıb və yeni müavinlər buraya əlavə edilməyib.
Xatırladaq ki, K.Heydərovun üç müavini – general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrdən azad edilərək təqaüdə göndəriliblər.







