10 C
Baku
Friday, January 9, 2026

Kəmaləddin Heydərovdan yeni təyinat

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni rəis müavini təyin edilib.

Nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə polkovnik-leytenant Tamerlan Allahverdiyev Akademiyanın rəis müavini təyin olunub.

Nazirin digər Əmri ilə uzun illər Akademiya rəisinin müavini vəzifəsində çalışmış polkovnik Aslan Hüseynov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Qeyd edək ki, yeni təyin olunan rəis müavini Tamerlan Allahverdiyev bundan əvvəl FHN-in Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin şöbə müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayevdir.

Son xəbərlər
Digər xəbərlər