1 C
Baku
Saturday, December 14, 2024

Kənan Kərimov bankın baş direktoru təyin olundu

“Rabitəbank” ASC-nin rəhbərliyinə yeni təyinat baş tutub.

Kənan Kərimov bankın baş direktoru vəzifəsinə təyin olunub. Bankir vəzifəsinin icrasına aprelin 4-dən etibarən başlayıb.

Bu təyinatla bankın baş direktorlarının sayı 6-ya çatıb.

K. Kərimov 1996-cı ildə Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatının idarə edilməsi İnstitutunda mühəndis-proqramçı kimi əmək fəaliyyətinə başlayıb.

1998-ci ilin aprel ayından 2000-ci ilin mart ayınadək “Marko Kompyuter Texnologis” şirkətində proqramçı kimi, 2000-2004 illərdə Vergilər Nazirliyində “Proqramlaşdırma” şöbəsində mühəndis kimi çalışıb.

2004-2009 illərdə “Azərtrans LTD” MMC, Dövlət Gömrük Komitəsində ixtisası üzrə işləyib.

2009-2012 illərdə “Bank VTB (Azərbaycan)” ASC-də İnformasiya Texnologiyaları idarəsinin rəisi kimi, 2012 – 2017 illərdə isə “NAB Holding” MMC-də İKT departamentinin müdiri, “Marko Komputer Texnologis” şirkətində texniki direktor vəzifələrində çalışıb.

Son xəbərlər
Digər xəbərlər