“Bu günə qədər SOCAR Rumıniyaya 68 milyon dollar investisiya qoyub”.
Bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov deyib.
O bildirib ki, hazırda Rumıniyada SOCAR-ın 729 işçisi var:
“Bundan başqa, orada 67 yanacaqdoldurma məntəqəmiz və 3 yanacaq depomuz mövcuddur. Karbonsuzlaşma, bərpaolunan enerjiyə keçid sahəsində də əməkdaşlığımızı gücləndirmək niyyətindəyik”.