-1 C
Baku
Sunday, December 15, 2024

Kənan Quluzadə: “İlin sonuna Azərbaycana gələn turistlərin sayının 1.5 milyonu keçəcəyini gözləyirik”

Bu ilin sonuna Azərbaycana gələn turistlərin sayının 1,5 milyonu keçəcəyini gözləyirik.

Bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib

O bildirib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1,4 milyon xarici vətəndaş gəlib:

“Bu, əvvəlki illə müqayisədə 2 dəfə və ya 110 % çoxdur. Koronavirus pandemiyasından əvvəlki 2019-cu illə müqayisədə isə 2 dəfə azdır. Məqsəd turizm sektorunda pandemiyadan əvvəlki dövr göstəricilərini üstələməkdir.

Yaxın 4 ildə əsas məqsədimiz turist axınını 4 milyon insana çatdırmaqdır”.

Son xəbərlər
Digər xəbərlər