Noyabr ayının 1-nə kimi tarlalardan 982,1 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,6 faiz çox kartof yığılıb.
Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, həmçinin bu müddətdə tarlalardan 1602,9 min ton (4,2 faiz çox) tərəvəz, 448,1 min ton (0,1 faiz çox) bostan məhsulları, 946,8 min ton (4,2 faiz çox) meyvə və giləmeyvə yığılmışdır.
Bundan əlavə, qarğıdalı da daxil olmaqla 3180,5 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz az dənli və dənli paxlalı bitkiçilik məhsulları yığılmışdır.